Haqqımızda

“Green East” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkənin düyü sferası üzrə yeganə subyektdir ki, məhsulun əvvəlindən sonunadək bütün frazalarını həyata keçirməkdədir. Belə ki, düyünün toxumlarının yetişdirilməsi, şitil şəklinə gətirilməsi, əkilməsi, qurudulması, emalı və paketlənməsini öz vasitələrimizlə etməkdəyik. Əsas hədəfimiz yerli istehsalı artırmaq, müasir təsərrüfat sistemlərini tətbiq etmək və qida standartlarına uyğun keyfiyyətli məhsullar istehsal etməkdir. Şirkət “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Dövlət Agentliyi” tərəfindən rəsmi olaraq qida istehsalçısı kimi qeydiyyatdan keçmiş və dövlət reyestrinə daxil edilmişdir “Green East” MMC kənd təsərrüfatı sektoru üzrə əsasən Çəltikçilik (düyü) sahəsində təcrübəli mütəxəssislərdən ibarət komandanın fəaliyyəti ilə ciddi nəticələr əldə etmişdir. Bunun nəticəsində ənənəvi, ətirli, yerli təbii düyünün inkişafına nail olmuşdur. Şirkət Çəltikçiliyin inkişafı üçün qəbul olunmuş Dövlət proqramına əsasən İqtisadiyyat Nazirliyinin “İnvestisiyaların Təşviqi üzrə layihə” çərçivəsində Kənd təsərrüfatı Nazirliyinin Aqrolizinq ASC təşkilatı tərəfindən gətirilmiş müasir texnikalarla təchiz edilmişdir. Ölkə üzrə ilk dəfə şitil üsülu ilə çəltik əkininə məhz bu texnikalar vasitəsilə başlanılmışdır. .

ŞİRKƏT

Lənkəran / Girdəni kəndi

“Green East” Məhdud Məduliyyətli Cəmiyyəti 2017-ci ildən etibarən Qida sektorunda fəaliyyətə başlamışdır. Azərbaycanın çəltikçilik üçün ən yararlı torpaq və iqliminə sahib olan Lənkəran rayonundakı ərazilərimizdə əkin və emal ilə məşğuluq..

Məhsullarımız :

Prinsiplərimiz

İş Prinsipimiz

Şirkətin Əsas Prinsipi

Missiyamız cəmiyyətə yararlı olan, ölkə iqtisadiyyatının gücləndirilməsi və əhalinin sağlam qidaya olan tələbatının təmin olunmasında əlindən gələni edən, məhsul çeşidlərini hər gün daha da artıran və məhsul istehsalını daha da təkmilləşdirməklə müştəri məmnuniyyətini maksimum səviyyədə təmin edən bir şirkət olmaqdır. Şirkət tərəfindən insana zərərli hər hansı bir qatqı maddəsindən istifadə edilmir, gələcək nəsillərin və təbiətin qorunması üçün təbii məhsul yetişdirilir.

PRINSIP

Bizimlə
Əlaqə Yolları

Şikayət və Təkliflər

info@greeneast.az

Sifariş üçün

sale@greeneast.az

Əlaqə

contact@greeneast.az

Əlaqə nömrəsi

+994 504764242

Tarla

⁣✔ Lənkəran/Girdəni kəndi.

Ofis

Lənkəran/Girdəni kəndi

Masanın şahı plov, plovun ləzzəti isə düyüdür. Süfrələrinizə ləzzət qatacaq tam təbii, sağlıqlı, yerli və dadından doyulmaz məhsullarımızı sizə təqdim etməkdən qürur duyuruq. Seçiminizi edin, fərqi dadın.