Məhsul və xidmətlər

Şirkətimizin məhsulları, çəltikçilik və taxılçılıq üzrədir. Belə ki, Lənkərandakı ərazilərimizdə yetişdirdiyimiz çəltiklərdən müxtəlif növ düyülər, düyü unu və kəpəyi, Arandakı ərazilərimizdə yetişdirdiyimiz taxıldan arpa əldə etməkdəyik. Bununla bərabər, heyvandarlıq sahəmizdən iribaş, kiçikbaş ət məhsulları da məhsul siyahımızda vardır. Xidmətlərimiz əsasən çəltikçilik üzrə ixtisaslaşmışdır. Belə ki, çəltik üzrə şitilçilik, tam şəkildə əkinçilik, topoqrafiya, texnika və avadanlıqlar, qurutma, emal və qablaşdırma xidmətləri göstərməkdəyik. Bunlardan əlavə, çəltikçilik üzrə ölkədə lazımi dəstək-tədris proqramları, sahənin genişləndirilməsi üçün "Çəltik istehsalçıları və ixracatçıları Assosasiyası"ndakı fəaliyyəti və ekoturizm turlarını icra etməkdəyik.

Məhsul və xidmətlər