Haqqımızda

“Green East” Məhdud Məduliyyətli Cəmiyyəti 2017-ci ildən etibarən Qida sektorunda fəaliyyətə başlamışdır. Azərbaycanın çəltikçilik üçün ən yararlı torpaq və iqliminə sahibbolan Lənkəran rayonundakı ərazilərimizdə əkin və emal ilə məşğuluq. Şirkət ölkənin düyü sferası üzrə yeganə subyektdir ki, məhsulun əvvəlindən sonunadək bütün frazalarını həyata keçirməkdədir. Belə ki, düyünün toxumlarının yetişdirilməsi, şitil şəklinə gətirilməsi, əkilməsi, qurudulması, emalı və paketlənməsini öz vasitələrimizlə etməkdəyik. Əsas hədəfimiz yerli istehsalı artırmaq, müasir təsərrüfat sistemlərini tətbiq etmək və qida standartlarına uyğun keyfiyyətli məhsullar istehsal etməkdir. Şirkət "Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Dövlət Agentliyi" tərəfindən rəsmi olaraq qida istehsalçısı kimi qeydiyyatdan keçmiş və dövlət reyestrinə daxil edilmişdir. “Green East” MMC kənd təsərrüfatı sektoru üzrə əsasən Çəltikçilik (düyü) sahəsində təcrübəli mütəxəssislərdən ibarət komandanın fəaliyyəti ilə ciddi nəticələr əldə etmişdir. Bunun nəticəsində ənənəvi, ətirli, yerli təbii düyünün inkişafına nail olmuşdur. Şirkət Çəltikçiliyin inkişafı üçün qəbul olunmuş Dövlət proqramına əsasən İqtisadiyyat Nazirliyinin "İnvestisiyaların Təşviqi üzrə layihə" çərçivəsində Kənd təsərrüfatı Nazirliyinin Aqrolizinq ASC təşkilatı tərəfindən gətirilmiş müasir texnikalarla təchiz edilmişdir. Ölkə üzrə ilk dəfə şitil üsülu ilə çəltik əkininə məhz bu texnikalar vasitəsilə başlanılmışdır. Şirkətimiz Cənubi Koreya istehsalı olan maşın mexanizmləri ilə təchiz edilmiş və müasir texnikalarla əkin həyata keçirilməkdədir. Hal hazırda ölkə üzrə təbii düyü istehsalçısı kimi şirkətimizin məhsulları xalqımızın ənənəvi mətbəxinə uyğun olduğundan yüksək tələbatla satılmaqdadır. Şirkətin fəaliyyəti Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Düyü təhlükəsizlik göstəricilərinə görə müayinə olunmuş, standartın tələblərinə cavab vermişdir. Nəticədə məhsullarımızın uyğunluğu Gigiyenik Sertifikatla təsdiq edilmişdir. Eyni zamanda Azərbaycan Qida standartları kodeksi və laborator müayinə nəticələri üzrə Keyfiyyət (QOST 6293) sertifikatı almışdır

HAQQIMIZDA