İş Prinsipimiz

Ümumiyyətlə düyü dünyada istehlak baxımından diqqət edilərsə buğda və qarğıdalı ilə bərabər ən çox yetişdirilən kənd təsərrüfatı məhsuludur. Düyü istehsal edən ölkələr məhsullarını bütün dünyaya ixrac edirlər və hər tərəfə çatdırılmasını təmin edirlər. Düyü insanlar üçün çox vacib bir qidadır. İstər Asiya istərsədə Avropa ölkələrində və eləcədə ölkəmizdə Plov və sarma ləzzətli yeməklər hesab edilir. Düyü alternativi olmayan kənd təsərrüfatı məhsuludur. Bununla yanaşı düyü yetişdirilməsi olduqca zəhmətli və çətindir. Yetişdirilməsi üçün daha çox suya və xüsusi qara torpaqlara ehtiyac olduğundan düyü yetişdirilən ərazilər də çox məhduddur. Düyü yetişdirilməsində torpaq, su və iqlim fərqləri dad keyfiyyətinə də təsir edir. Torpağın pH dərəcəsi 5,5 və 7,5 arasında olduğu təqdirdə hər növ torpaqda suya yaxın olduğu ərazilərdə düyü yetişdirilə bilər. Ölkəmizdə düyü istehsalı hal hazırda sürətlə inkişaf etməkdədir. Əsasən cənub bölgəsində Lənkəran, Astara və Masallı rayonları ərazisində yetişdirilir. Ölkə əhalisinin uzun düyüyə olan təlabatının müəyyən hissəsinin yetişdirilməsi məhz bu rayonların payına düşür. Missiyamız cəmiyyətə yararlı olan, ölkə iqtisadiyyatının gücləndirilməsi və əhalinin sağlam qidaya olan tələbatının təmin olunmasında əlindən gələni edən, məhsul çeşidlərini hər gün daha da artıran və məhsul istehsalını daha da təkmilləşdirməklə müştəri məmnuniyyətini maksimum səviyyədə təmin edən bir şirkət olmaqdır. Şirkət tərəfindən insana zərərli hər hansı bir qatqı maddəsindən istifadə edilmir, gələcək nəsillərin və təbiətin qorunması üçün təbii məhsul yetişdirilir.

İş Prinsipimiz