Şirkət Haqqında

“Green East” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkənin düyü sferası üzrə yeganə subyektdir ki, məhsulun əvvəlindən sonunadək bütün frazalarını həyata keçirməkdədir. Belə ki, düyünün toxumlarının yetişdirilməsi, şitil şəklinə gətirilməsi, əkilməsi, qurudulması, emalı və paketlənməsini öz vasitələrimizlə etməkdəyik. Əsas hədəfimiz yerli istehsalı artırmaq, müasir təsərrüfat sistemlərini tətbiq etmək və qida standartlarına uyğun keyfiyyətli məhsullar istehsal etməkdir. Şirkət “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Dövlət Agentliyi” tərəfindən rəsmi olaraq qida istehsalçısı kimi qeydiyyatdan keçmiş və dövlət reyestrinə daxil edilmişdir “Green East” MMC kənd təsərrüfatı sektoru üzrə əsasən Çəltikçilik (düyü) sahəsində təcrübəli mütəxəssislərdən ibarət komandanın fəaliyyəti ilə ciddi nəticələr əldə etmişdir. Bunun nəticəsində ənənəvi, ətirli, yerli təbii düyünün inkişafına nail olmuşdur. Şirkət Çəltikçiliyin inkişafı üçün qəbul olunmuş Dövlət proqramına əsasən İqtisadiyyat Nazirliyinin “İnvestisiyaların Təşviqi üzrə layihə” çərçivəsində Kənd təsərrüfatı Nazirliyinin Aqrolizinq ASC təşkilatı tərəfindən gətirilmiş müasir texnikalarla təchiz edilmişdir. Ölkə üzrə ilk dəfə şitil üsülu ilə çəltik əkininə məhz bu texnikalar vasitəsilə başlanılmışdır. .

Şirkət Haqqında